Soyuq silah gəzdirənlərin cəzası ağırlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Soyuq silah gəzdirənlərin cəzası ağırlaşdı

Maraqlı

01 Yanvar 2023 14:31 1000


Bu gündən soyuq silahların daşınmasına qarşı Gürcüstan qanunvericiliyində sanksiyalar sərtləşir. 

Yenisabah.az xəbər verir ki, 1 yanvardan qonşu ölkədə “İnzibati Xətalar Məcəlləsi”ndə, həmçinin cinayət qanunvericiliyində həyata keçirilən dəyişikliklər qüvvəyə minir.

Qanun layihəsinə əsasən, küçədə, həyətdə, stadionda, meydanda, parkda, təhsil müəssisəsində, məhkəmədə, hava limanında, kinoteatrda, teatrda, konsert salonunda, kafedə, restoranda, bütün növ ictimai nəqliyyatda, avtovağzalda, dəmiryolu vağzalında və digər insanların toplaşdığı yerlərdə soyuq silah/biçaq gəzdirmək 200 lari deyil, 500 lari məbləğində cərimə ediləcək və soyuq silah müsadirə olunacaq.  pizza hut

Sənəddə deyilir ki, soyuq silahların daşınmasına görə məsuliyyət təkcə pul sanksiyalarının artırılması baxımından sərtləşdirilməyəcək, təkrar törədilməsi şəxsin inzibati məsuliyyətlə deyil, cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnəcək.

Dəyişikliklərə əsasən, “soyuq silah gəzdirmək” dedikdə, şəxsin əlində soyuq silahın dərhal istifadə oluna biləcək şəkildə olması da belə halların mövcudluğu başa düşülür. Məcəllənin hazırkı versiyasına görə, “soyuq silah gəzdirmək” dedikdə, yalnız şəxsin əlində soyuq silah tutması, onu bədəninə taxması və ya paltarında saxlaması belə halların mövcudluğu nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!