“Soyuqlar düşənə qədər Qarabağ məsələsini bitirməliyik“

saytların hazırlanması

Evə çatdırılma

“Soyuqlar düşənə qədər Qarabağ məsələsini bitirməliyik“

Rəsmi

29 İyul 2021 16:00 11810


“Azərbaycanla Ermənistan arasında Qarabağ üzərindən 30 il ərzində sərhəd olmayıb. Ermənistan torpaqlarımızın işğalından istifadə edərək illər boyu Azərbaycanın içərilərinə doğru irəriləyib, torpaqlarımıza yollar çəkib, mədənlər işlədib, heyvanlarını otarıb”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinolu deyib.

“Azərbaycan ordusu 44 günlük müharibədən sonra sərhədlərdə mövqelərini möhkəmləndirir. Beləcə Ermənistanın qanunsuz ələ keçirdiyi gölü, yolları, mədənləri, su və elektrik xətlərini itirir. Bu onlar üçün ağrılı prosesdir, ona görə atəş açırlar. Ermənistanın baş naziri Nikol Paşinyan müharibə dövründə olduğu kimi sərhəddə də xalqına müqavimət göstərdiyini göstərməyə çalışır, ancaq itirə-itirə getdiyinə görə sonda 10 noyabr razılaşmasına bənzər sazişə imza atmalı olacaq. Bizim işimiz isə həmin saziş imzalanana qədər bizə aid olanları geri qaytarmaqdır. Digər tərəfdən bu işi soyuqlar düşənə qədər bitirmək məcburiyyətindəyik”,-deyə siyasi şərhçi bildirib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!