“Söyüşlərin heç biri mənə gəlmir”   - Nadir Qafarzadə

saytların hazırlanması

Evə çatdırılma

“Söyüşlərin heç biri mənə gəlmir” - Nadir Qafarzadə

Şou

09 Sentyabr 2020 16:41 1571


“Axı, mən neyləmişəm? Sosial şəbəkədə belə reaksiya göstərirlər. Pulum olmayanda 50 minlik avtomobilimi satacam, 30 minlik yaxud daha ucuz maşın alacam. Əslində, bu məsələlərə münasibət bildirməməliyəm. Mən də vaxtilə kasıb yaşamışam və istəyirəm, pulsuzluq, işsizlik olmasın”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. 

Müğənni sosial şəbəkələrdən gileylənib: “Yenə deyirəm, metronun açılıb-açılmaması haqda mən danışa bilmərəm, aidiyyəti dövlət qurumları var. Sosial şəbəkədə fikrimi düzgün başa düşməyiblər, söyüşlər yazırlar. Söyüşlərin heç biri mənə gəlmir. Məni qoruyan Allahdır. Heç kimin qarğışı ilə dünyaya gəlməmişəm. Yollar açılsaydı bir müddət buradan uzaqlaşardım. Nəyə görə bir-birimizə düşmən kəsilmişik və bu qədər aciz olmuşuq? Marqarita pizza

İnstaqramda ptofilinə baxırsan qadın şəkli, amma küçə söyüşləri söyür. Azərbaycan qadını budurmu? Təbii ki, bəzilərini nəzərdə tuturam. Namuslu Azərbaycan qadını hamısı mənim ana və bacılarımdır".

Qeyd edək ki, Nadir Qafarzadənin "Mən metrodan istifadə etmirəm, nəyimə lazımdır? Ümumiyyətlə, mən ictimai nəqliyyatdan istifadə etmirəm" sözləri sosial şəbəkədə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!