“Bakı Beynəlxalq Avtovağzalına və Bakı Beynəlxalq Hava Limanına qısa müddətdə daxil olan avtomobillərdən ödəniş alınması düzgün deyil”.
Bunu deputat F.Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bildirib:
“Əgər vətəndaş orada uzun müddətə qalırsa, ödəniş tətbiq etmək olar. Yox, əgər vətəndaş qısa zamanda həmin əraziyə daxil olub, kimisə qarşılayırsa və ya kimisə yola salırsa, ondan ödəniş almaq düzgün deyil”. pizza hut
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deputat Fazil Mustafanın çıxışına etiraz olaraq deyib ki, deyilən problemin müzakirəyə çıxarəılan məsələ ilə əlaqəsi yoxdur. “Özünüzün “Facebook”, “Twitter” səhifəniz, mətbuata çıxmaq imkanlarınız var. Sözünüz varsa orda yazın, deyin”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruz isə Z.Əsgərova etiraz edib:
“Ziyafət müəllim, biz bu sözləri burada deməsək, onun sosial şəbəkədə yazmağın heç bir mənası yoxdur. Problemləri burada səsləndirmək vacibdir ki, burada da onu həll edək. Futbolu siyasətə qatırlar. Azərbaycan beynəlxalq yarışları keçirəndə təhlükəsiz ölkə olur, “Arsenal” FK-nın 3 futbolçusu ölkəyə gələndə Azərbaycan təhlükəli ölkə sayılır? Sapı özümüzdən olan baltalar da onların dediklərini deyir. Biz bu sözləri Milli Məclisin tribunasından deməliyik. Bu cür şəxslər ermənilərdən də kəskin formada Azərbaycana qara yaxmağa başlayıblar. Biz bunlara münasibət bildirməliyik. İcazə verməməliyik ki, bu ünsürlər Azərbaycanın, prezidentinin əleyhinə danışsınlar. Deyənlərə də biz cavab verməliyik”.
Deputat Qüdrət Həsənquliyev və Hikmət Babaoğlu da deputatlara çıxışına imkan yaradılmasının vacib olduğunu bildiriblər.
Bizimyol.info
Telegram kanalımız