“Sözünüzü demək istəyirsinizsə, kişi kimi deyin”   - SƏRT MESAJ

saytların hazırlanması

Evə çatdırılma

“Sözünüzü demək istəyirsinizsə, kişi kimi deyin” - SƏRT MESAJ

Siyasət

03 Fevral 2025 18:37 1764


"Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik".

Yenisabah.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev həmkarı Siyavuş Novruzov barəsində deyib.

"Amma Siyavuş Novruzovun bugünkü çıxışında "İmişli deputatları ilə söhbət etmişəm, onlar mənə deyib" fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsinizsə, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın. Siyavuş müəllim, bu cür yanlışlıq etməklə, özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm! Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum", - R.Nurullayev qeyd edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Qasım
    Razi muellim Serhedcilerin ve Daxili Qosunlarin menzil problemini dile getirmekden cekinmeyin.
    1 year ago