İllərdir ardıcıl olaraq "Space" terlekanalında rəhbərlik dəyişsə də, kanalla bağlı narazılıqlar səngimək bilmir.
Bu dəfə tanınmış aparıcı Zamirə Dadaşovanın telekanalın rəhbəri Vado Karovinin ünvanına sərt fikirlər səsləndirməsi müzakirələri yenidən qızışdırdı.
Bəs görəsən, uzun illərdir telekanalla bağlı yaranan intriqaların kökündə nə dayanır? Niyə sözügedən telekanal inkişaf etmək bilmir? Dördpendirli pizza
Məsələ ilə bağlı Yenisabah.az-a tanınmış şoumen, "Space"in keçmiş aparıcısı Kamran Həsənli danışıb. O, bunun rəhbərliklə əlaqəli olduğunu söyləyib:
"Space"in rəhbərləri sırasında adı çəkilənlərdən əlavə, bir-iki aylıq bir qadın da rəhbər kimi gəlmişdi. Daha sonra onlar da başlarını götürüb kanaldan qaçıblar. Telekanalın bu vəziyyətdə olmasının səbəbi çox sadədir: televiziyadan anlayışı olmayan adamları rəhbər təyin edəndə sonu da belə olmalı idi. O adamlar heç vaxt televizyonçu olmayıblar, televiziyada uğurları olmayıb, onlar televiziyanın daxilindəki spesifikanı bilmirlər, heç nədən başları çıxmır. Bir sözlə, rəhbərlik televiziyadan tamamilə uzaq olanlardır. Ona görə də kollektiv arasında da daim bu cür intriqalar yaşanır. Telekanalın sonunu hər kəs görür - kanal üzüaşağı gedir. Uzun illərdir ki, bu belədir".
Ekspert "Space" telekanalında çalışdığı illəri xatırlayıb:
"Space"də vaxtilə yetərincə peşəkar, uğur qazanmış simalar olub. Həmin kanalın uğurlu vaxtı var idi. Biz də elə həmin vaxtda bu telekanalda çalışmışıq. Mən orada tək deyildim, mənimlə yanaşı bir çox peşəkarlar çalışırdı, biz əl-ələ verib telekanalı çox yüksəklərə qaldırmışdıq. Həmin dövrdə "Space" Azərbaycanda birinci kanal idi. Kanalda həm tok-şoular, həm əyləndirici, həm maarifləndirici, həm də yumoristik proqramlar yayımlanırdı. Bu proqramların hər biri də yüksək səviyyədə idi. Daha sonra Vaqif Mustafayev gəldi və hər şeyi məhv etdi. O vaxt biz bunu dəfələrlə dedik, danışdıq, müzakirə etdik. İndi isə bunları danışmağın təəssüf ki, heç bir xeyri yoxdur. Vaqif Mustafayevdən sonra daha da uğursuz kadrlar telekanala rəhbər təyin olundu və sonda kanal belə çökdü, bu sonluq məntiqi nəticədir. Belə də olmalı idi".
Əsmətxanım Rzazadə
Telegram kanalımız