“Spartak” azərbaycanlı futbolçu ilə yollarını ayırdı

saytların hazırlanması

Evə çatdırılma

“Spartak” azərbaycanlı futbolçu ilə yollarını ayırdı

İdman

11 May 2021 15:41 1650


Rusiyanın "Spartak" klubu futbolçu Ayaz Quliyevlə yollarını ayırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Çempionat" nəşri məlumat yayıb.

Məlumata görə, əslən azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Pepperoni pizza

Quliyev "Spartak"ın yetirməsi sayılır. O, 2018-ci ilin yayında 500 000 avro qarşılığında "Rostov"a keçib. Yarım ildən sonra isə Moskva klubu oyunçunu 1 milyon avroya geri qaytarıb.

25 yaşlı futbolçu ötən mövsüm Rusiya Premyer Liqasında 11 oyuna (8-i əsas heyətdə) çıxıb və 5 sarı vərəqə alıb. Bu mövsüm isə Quliyev heç bir rəsmi matçda iştirak etməyib. Onun müqaviləsi 2023-cü ilin yayınadək idi./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!