"Spartak"ın müdafiəçisi Leon Klassen bu yay "Neftçi"yə keçməkdən imtina edib.
Yenisabah.az "Metareytinq"ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu yay transfer pəncərəsində Azərbaycan klubundan təklif alıb.
Bu ilin iyul ayında "Spartak"la əməkdaşlığa başlayan paytaxt təmsilçisi Moskva klubunun futbolçusu ilə icarə müqaviləsi bağlamaq istəyib. Lakin Leon "ağ-qaralar"a keçmək istəməyib. Dominos pizza
Qeyd edək ki, Rusiya və Almaniya vətəndaşlığı olan Klassen 2022-ci ildən "Spartka"da çıxış edir.
Telegram kanalımız