Spikerin noutbuku oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Spikerin noutbuku oğurlandı

Hadisə

09 Yanvar 2021 10:27 807


Kapitolidə baş verən qarışıqlıqlar zamanı ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin noutbuku oğurlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə onun köməkçisi Dryu Xemill bildirib.

“Noutbuk konfrans zalından oğurlanıb. Bu, yalnız təqdimat mərasimlərində istifadə edilən noutbuk idi”, - deyə Xemill özünün tvitter səhifəsində yazıb. pizza

Qeyd edək ki, çərşənbə günü ABŞ prezidenti Donald Trampın tərəfdarları dövlət başçısının çıxış etdiyi mitinqdən az sonra Kapitoli binasına soxulublar. Nəticədə Kapitoliyə maddi ziyan dəyib. Bir neçə saatlıq qarışıqlıqlarla əlaqədar Konqresdə ABŞ-da keçirilmiş prezident seçkilərində Co Baydenin qələbəsinin təsdiq olunması yubanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!