Spikerlərin üçtərəfli görüşü təklif olundu

saytların hazırlanması

Evə çatdırılma

Spikerlərin üçtərəfli görüşü təklif olundu

Rəsmi

04 Noyabr 2022 14:46 1079


İrəvan Moskvadan Bakı ilə üçtərəfli parlamentlərarası danışıqların aparılması təklifi alıb.

Yenisabah.az "INterfax"a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamenti spikerinin mətbuat katibi Tsovinar Xaçatryan danışıb.

O bildirib: "Parlamentlərarası üçtərəfli danışıqların (Ermənistan-Azərbaycan-RF - red.) aparılması təklifi var. Bu təklifi Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya rəsmi səfəri zamanı səsləndirib". Pepperoni pizza

Xaçatryanın sözlərinə görə, Ermənistan parlamentinin spikeri təklifə müsbət cavab verib.

"Görüşün konkret formatı hələ müzakirə edilməyib. Tarix də yoxdur", - deyə Xaçatryan qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!