Spirtli içki oğruları saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Spirtli içki oğruları saxlanıldı - Foto

Kriminal

23 Aprel 2020 11:17 695


Zaqatala Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən 2 ədəd televizor və müxtəlif spirtli içkilərin oğurlandığı müəyyən edilib. pizza hut

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin əvvəllər məhkum olunmuşlar- Zaqatala rayonu Danaçı kənd sakini 23 yaşlı Hacımurad Adamov və 26 yaşlı Şamaxı rayon sakini Baloğlan Xankişiyev olduğu müəyyən edilib. Onların hər ikisi tutularaq istintaqa təhvil verilib. Oğurladıqları televizorlar satdıqları şəxsdən, spirtli içkilər isə özlərindən maddi sübut kimi götürülüb.

Faktla bağlı həmin şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!