Spirtli içki qəbul edib evini yandırdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Spirtli içki qəbul edib evini yandırdı - Foto

Hadisə

09 May 2024 21:51 715


Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonu, Didivar kəndində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb. pizza sifarişi

İlkin məlumata görə, ev sahibi Didivar kənd sakini, 1960-cı il təvvəllüd Nurəddin Tarverdi oğlu Allahverdiyev spirtli içki qəbul etdikdən sonra evini yandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!