“Sputnik Azərbaycan”ın bağlanmasına Rusiyadan reaksiya

saytların hazırlanması

Evə çatdırılma

“Sputnik Azərbaycan”ın bağlanmasına Rusiyadan reaksiya

Siyasət

25 Fevral 2025 01:21 341


Azərbaycan Rusiya Federasiyası ilə müttəfiqliyin vacibliyini anlayır və Moskva gələcək addımlarında Bakının bunu rəhbər tutacağını gözləyir.

Yenisabah.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Rus Evinin və “Sputnik Azərbaycan”ın bağlanması fonunda ölkələr arasında münasibətlərə dair sualı cavablandırarkən deyib.

"Əminəm ki, rəsmi Bakı Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinin əhəmiyyətini anlayır. Ümid etmək istərdim ki, azərbaycanlı tərəfdaşlarımız gələcək addımlarında münasibətlərimizin bütün spektrinə aid olan məsələlərdə liderlərimizin razılaşmalarının yerinə yetirilməsinin müstəsna əhəmiyyətini rəhbər tutacaqlar”, - o qeyd edib. Dördpendirli pizza

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Rossiya Seqodnya” media qrupunun Azərbaycandakı nümayəndəliyinin (Sputnik Azərbaycan) fəaliyyətini dayandırdığını bildirib. Onun sözlərinə görə, bir şirkət respublikada yalnız bir müxbir üçün akkreditasiya ala bilər./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!