SSRİ bayrağı qaldırmaqda ittiham edilən şəxslər özlərini təqsirli bilmir

saytların hazırlanması

Evə çatdırılma

SSRİ bayrağı qaldırmaqda ittiham edilən şəxslər özlərini təqsirli bilmir

Siyasət

16 Mart 2026 15:06 424


Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən İbrahim Əsədli, Abdulla İbrahimli, Elçin Bayramlı və Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

"Yeni Sabah" xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham olunan şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər. Sezar pizza

Növbəti proses aprelin 6-na təyin olunub.

Sözügedən şəxsləri 2025-ci ilin noyabr ayında polis əməkdaşları saxlayıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sözügedən şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyənləşib

Həmin şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!