Stadiona gələnlərin hərarətini ölçdülər   - Belarus “odla oynayır”

saytların hazırlanması

Evə çatdırılma

Stadiona gələnlərin hərarətini ölçdülər - Belarus “odla oynayır”

İdman

29 Mart 2020 15:56 887


Koronavirus pandemiyası səbəbindən Avropa ölkələrində futbol yarışları dayandırılsa da, Belarus çempionatında matçlar əvvəlki qaydada davam edir.

Yenisabah.az xəbər verir ki, dünən Minskdə baş tutan derbi matçı maraqlı görüntülərlə yadda qalıb. 

Pandemiyanın yayılmasından ehtiyatlanan Belarus Futbol Federasiyasının göstərişi ilə stadiona daxil olan azarkeşlərin hərarəti ölçülüb. Bəzi azarkeşlər isə matçı maska ilə izləyiblər. pizza sifarişi

Dünyanın aparıcı futbol mütəxəssisləri bu ölkədə çempionatın dayandırılmamasını sərt tənqid ediblər. Xarici mətbuatda “Belarus odla oynayır” məzmunlu şərhlər yer alıb.

Belarus Futbol Federasiyasının rəhbəri Vladimir Bazanov koronavirus infeksiyasının ölkəsi üçün təhlükə olmadığını, matçların dundan sonra da azarkeşlərin iştirakı ilə keçiriləcəyini bildirib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!