İndoneziyanın Malanq şəhərində (Yava adası) stadionda futbol matçı başa çatdıqdan sonra baş vermiş iğtişaşların qurbanlarının sayı 174 nəfərə çatıb.
Yenisabah.az "Associated Press"ə istinadla xəbər verir ki, bundan əvvəl 127 nəfərin öldüyü bildirilirdi.
Hadisə ötən gecə yerli "Arema Kronus" komandasının "Persebaya" komandasına 2:3 hesabı ilə uduzduğu zaman baş verib. "Persebaya" azarkeşləri təhlükəsizlik məqsədilə stadiona buraxılmasa da, oyunun nəticəsindən narazı qalan "Arema Kronus" azarkeşləri futbolçulara və hakimlərə butulka və digər əşyalar atmağa başlayıblar. Sezar pizza
İğtişaşlar sonda stadionun kənarına sıçradı, burada azarkeşlər ən azı beş polis avtomobilini yandırdılar.
Polis asayişi bərpa etmək üçün gözyaşardıcı qazdan istifadə edib. Nəticədə 42 min azarkeşin qəbul olunduğu stadionda çaxnaşma başlayıb, ardınca izdiham yaranıb.
Sonradan 300-dən çox qurban xəstəxanalara göndərildi, lakin onların çoxu yolda öldü. Hazırda iğtişaşların qurbanlarının 100-dən çoxu müalicə olunur.
Telegram kanalımız