Hindistanın Tamil Nadu əyalətindəki seçkilərdə Mutuvel Karunanidi Stalin böyük səs fərqi ilə qalib gəlib.
Yenisabah.az “India Today”ə istinadla xəbər verir ki, 68 yaşlı siyasətçi əyalət hökumətinə rəhbərlik edəcək. Gələcək baş nazirə adını sabiq nazir olan atası verib. Hind Stalin 1953-cü ildə sovet lideri İosif Stalinin ölümündən bir neçə ay əvvəl anadan olub. Eyni zamanda, hindistanlı Stalin əqidəli demokratdır.
1989-cu ildə hindistanlı adına görə Rusiyada naqolay vəziyyətə düşüb. Siyasətçi deyir: “Rusiyanın hava limanında adımı soruşdular. Mən “Stalin” deyəndə hava limanında bir çox insan mənə tərs-tərs baxmağa başladı”. Sezar pizza
Telegram kanalımız