"Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq" - Erməni politoloq

saytların hazırlanması

Evə çatdırılma

"Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq" - Erməni politoloq

Siyasət

23 Fevral 2020 23:45 634


Ermənistan mediasında prezidentlərin Münhen debatından sonra Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif formatlı müzakirələr davam edir. "Yeni Sabah" Ermənistan KİV-nə istinadən xəbər verir ki, ekspert Suren Sarkisyan münaqişənin donmuş fazada qalmasını ölkəsi üçün ən ideal varinat sayır. Belə ki, onun fikrincə, istənilən razılaşma zamanı Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının bir hissəsini qaytarmaq məcburiyyətində qalacaq. "İstənilən sülh razılaşması Qarabağın ərazisinin bir hissəsinin itirilməsi deməkdir. Ona görə Qarabağ ətrafında status-kvonun saxlanılması mümkün olan ən ideal ssenaridir. Ona görə də danışıqlar prosesini bacardıqca uzatmaq lazımdır. Udduğumuz vaxtı isə ordunun silah təminatının artırılmasına və modernləşdirilməsinə sərf etmək olar". Suren Sarkisyan Münhen debatının tərəflərinin öz yanaşamlarında nə qədər fərqli və bir-birindən uzaq olduğunu nümayiş etdirdiklərini də əlavə edib. Onun fikrincə, İlham Əliyev-Nikol Paşinyan debatı yalnız ictimai müzakirə baxımından maraqlı olub. /Modern.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!