Stəkana tüpürüb müştərilərə çay süzən Ayşən işdən çıxarıldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Stəkana tüpürüb müştərilərə çay süzən Ayşən işdən çıxarıldı - VİDEO

Sosial

29 Sentyabr 2025 12:26 1147


Şəki şəhərində fəaliyyət göstərən "Azra" şirniyyat evinin əməkdaşı Ayşən Babazadənin müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə onun müştərilər üçün hazırladığı çay stəkanına tüpürdüyü aydın olur.

Etdiyi hərəkəti öz hesabında paylaşan gənc qız işə nifrət etdiyini və dalaşdığını bildirib. İddia olunur ki, o, şirniyyat evinin rəhbərliyi ilə dalaşaraq bu addımı atıb. Toyuqlu pizza

Şirniyyat evinin rəhbəri Murad Nəsibov məsələdən xəbərdar olan kimi həmin şəxsin töhmət verilərək işdən çıxarıldığını deyib:

"Bu barədə əvvəldən məlumatımız olmayıb. Dünən polisə də izahat vermişik. Həmin xanımın özünü də polisə çağırmışdılar. Bu məsələni bilən kimi həmin işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə işdən çıxarmışıq. Bundan sonra o, heç yerdə işləyə bilməz. Onun müdriyyətlə dalaşması halı olmayıb. Özü izahatında deyib ki, rəfiqələrimlə orada oturmuşam, zarafat məqsədilə belə etmişəm və şəxsi səhifəmdə paylaşmışam. Dediyinə görə, həmin çay da servis olunmayıb".

DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı ərazi üzrə polis orqanında təhqiqat aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!