“Stəkanda fırtına yaradanlara, fürsətcilik edənlərə inanmayın” -   Aslan İsmayılov

saytların hazırlanması

Evə çatdırılma

“Stəkanda fırtına yaradanlara, fürsətcilik edənlərə inanmayın” - Aslan İsmayılov

Siyasət

10 Oktyabr 2020 10:48 2016


“İmzalanmış sənəddən hamı yararlanacaq, o cümlədən biz. Uduzan isə ermənilərdir. Prezidentin dünənki çıxışından sonra ermənilərin bu sənədi imzalamaları həmin çıxışda haqlarında deyilən bütün aşağılamaların etirafıdır. Elə bu dəqiqələrdə Şanlı Ordumuz erməniləri darmadağın edir”.

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Aslan İsmayılov bildirib. O, xalqa müraciət edərək insanlarımızı ruh yüksəkliyini qorumağa çağırıb:

“Əziz həmvətənlərim, hamınızı ruh yüksəkliyini saxlamağa, stəkanda fırtına yaratmağa çalışanlara, fürsətcilik edənlərə inanmamağa çağırıram. Sosial şəbəkədəki ajiotaja heç bir səbəb görmürəm və bütün yazılanları, həqiqi niyyətləri anlamaq üçün diqqətlə izləməyə çalışıram. Tam varlığımla inanıram ki, Ali Baş Komandan İlham Əliyev bizi narazı salacaq heç bir qərara imza atmayacaq və atdığı bütün addımlar Qarabağı almaqla bərabər, həm də hər bir Azərbaycan əsgərini qorumaq məqsədi daşıyır. Sadəcə bir az səbrli olub rəsmilərin təfərrüatlı açıqlamasını gözləyin. Sosial şəbəkədə tozanaq qoparanlar, niyyətinizin saf olmasına çalışın. Son hadisələr göstərdi ki, xalq kimin kim olduğunu gec-tez müəyyən edir”. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!