Stilist Rəşad: “Zeynəb Xanlarovaya oxşamaq üçün saysız əməliyyat etdirmişəm“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Stilist Rəşad: “Zeynəb Xanlarovaya oxşamaq üçün saysız əməliyyat etdirmişəm“ - Video

Şou

23 Fevral 2021 11:28 2020


Tanınmış stilist Rəşad Əliyev Xalq artisti Zeynəb Xanlarovaya bənzəmək üçün keçirdiyi plastik əməliyyatlardan danışıb.

Yenisabah.az xəbər verir ki, aparıcı Ulvira Qarayevanın “AStar” “YouTube” kanalında qonaq olan stilist Xalq artistinə bənzəmək və onun obrazını canlandırmaq üçün saysız əməliyyatlar etdirdiyini deyib:

“Çox, dəhşət çox əməliyyat etdirmişəm. Zeynəb Xanlarovanı dünyalar qədər sevirəm, bunu hamı bilir, amma əməliyyat olunmaq vacibdir ki, obrazdan obraza girə biləsən. Üz onu göstərməlidir, yəni əməliyyatsız üzü düzəltmək, obraza girmək çətin olur. Lakin üzün ovalı düzələndən sonra insanlara bənzəmək daha rahat olur. Mənə bunu çox deyirlər ki, Z.Xanlarovaya bənzəmək üçün əməliyyat etdirmişəm. Zeynəb xanım bunu özü də bilir. Mənə deyir ki, Rəşad, elə bil özüm oxuyuram. Bu mənim içimdən gələn bir şeydir. Onu parodiya edəndən sonra stilist olmamışam, uzun müddət Zeynəb xanımla işləmişəm, hələ də onun stilisti olaraq qalıram. Pərəstiş etdiyin insanı sevirsənsə, canlı ikən ruhunu daşıyırsansa, bu qədər əməliyyatlar etməyə dəyər”. pizza

Qeyd edək ki, Zeynəb Xanlarovanın parodiyaları ilə özünü sevdirməyi bacaran Rəşad tez-tez sənətçinin obrazını canlandıraraq sosial şəbəkə hesabında paylaşır.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!