Stilist Rəşaddan Zeynəb Xanlarovaya ənənəvi JEST

saytların hazırlanması

Evə çatdırılma

Stilist Rəşaddan Zeynəb Xanlarovaya ənənəvi JEST

Şou

29 Dekabr 2023 13:19 1203


Ötən gün dünya şöhrətli, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın doğum günü qeyd edilib.

Yenisabah.az xəbər verir ki, səbəbkarın özəl günündə stilist Rəşad Əliyev ona ənənəvi jestini edib. Hər il olduğu kimi, Rəşad bu il də Zeynəb Xanlarovanın obrazında kamera önünə keçib və onu canlandırıb.

Rəşad sənətçini aşağıdakı sözlərlə təbrik edib: Sezar pizza

“Bu gün əfsanəvi sənətkar, Heydər Əliyev, Şərəf və Şöhrət ordenli Zeynəb xanım Xanlarovanın doğum günüdür.

Bu gün mənim həyatımda ən özəl və əlamətdar gündür. Çünki Zeynəb xanımı canımdan da artıq sevdiyimi məni tanıyan hər kəs bilir.

Bu il də ənənəmə sadiq qaldım. Sənətkarın özəl günündə onun şah əsərlərindən birini fenomen olaraq canlandırdım.

Hər il yaratdığım obraza görə sənətkarın özündən təriflər almışam. Əminəm ki, peşəkar komanda ilə əsrəyə gətirdiyim bu layihədə dünyaca məşhur Zeynəb Xanlarovanın ürəyincə olacaq.

Ən əsası özümlə ona görə qürur duyuram ki, mən Zeynəb xanımın say-seçmə əziz insanı var ki, mən də onların sırasındayam”.

Zeynəb xanım musiqimizin tacıdır. Allahdan ona sağlıqlı uzun ömür diləyirəm. Ömrümün sonuna qədər də onu sevəcəyəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!