Məşhur amerikalı aktyor Stiven Siqal Venesuelaya rəsmi səfərə yollanıb.
Yenisabah.az “Sputnik”ə istinadla xəbər verir ki, Siqal prezident Nikolas Maduro ilə görüşüb və ona liderlik simvolu olaraq “Katana” adlı samuray qılıncını hədiyyə edib.
Venesuela prezidenti Nikolas Maduro qonağın yanında qılıncla bir neçə hərəkət sərgiləyib. Toyuqlu pizza
Xatırladaq ki, 69 yaşlı Steven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığı da alıb və 2018-ci ildə mədəniyyət, bədii sənət, elmi, təhsil və idman layihələrini idarə etmək, habelə ABŞ-da Rusiya ilə əlaqəli abidələri qorumaq üçün humanitar məsələlər üzrə xüsusi elçi təyin olunub.
Telegram kanalımız