“Stray“ ən populyar video oyun seçilib

saytların hazırlanması

Evə çatdırılma

“Stray“ ən populyar video oyun seçilib

Maraqlı

29 İyul 2022 12:54 923


Son günlərin ən populyar video oyunu "Stray" seçilib.

Yenisabah.az xəbər verir ki, oyunçular bu oyunu 88/100 balla "Metacritic" platformasında dəyərləndirib.

"Belə görünür ki, insanlar "pişik olmağı" çox seviblər", - deyə oyunun istehsalçıları bildirib. Sezar pizza

Xatırladaq ki, "Steam"də oyunla bağlı şərhlərin 97%-i müsbətdir. Oyun digər platformalarda da yüksək qiymətləndirilib.

Analitiklərin ehtimallarına görə, ilin sonunda keçiriləcək olan "The Game Awards" tədbirində "Stray" ilin ən yaxşı oyunu nominasiyasına layiq görülə bilər.

Qeyd edək ki, "Stray" yüksək qrafikası, qaranlıq dünyası, məntiqinizi işlədəcəyiniz tapmacalarla doludur. Oyunda itmiş bir pişiyi canlandırırsınız və məqsədiniz qardaşlarınızı və günəşi tapmaqdır. İnsanların olmadığı, təkcə robotların yaşadığı bu qaranlıq dünyada isə yol axtarmağa çalışırsınız. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!