Studiyada dava: Elza efiri tərk etdi

saytların hazırlanması

Evə çatdırılma

Studiyada dava: Elza efiri tərk etdi

Şou

09 İyul 2024 12:37 713


"Biləcəridə qaldığım evi Ülviyyə (müğənni Ülviyyə Namazova - red.) aldı. Sənə Elzanın evini almaq, ocağım ona düşərli olub. Satıb, başqa yerə köçüb, inkişaf edib. Məni sevən xoşbəxt olacaq. Mənə qarşı mənfi fikri olan isə bədbəxt olacaq". 

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Elgizlə izlə" verilişində deyib.

Müğənnilər arasında proqram zamanı mübahisə düşüb. Seyidcahan ad gününü qeyd etdiyi verilişdə onun olmasına əsəbiləşib.  pizza hut

"İnsanlara yuxarıdan aşağı baxmıram. Sadəcə, peşə mənim üçün müqəddəsdir. Sənət uğrunda şəhidəm. Bilsəniz ki, necə yaşayıram, nələr bəstələyirəm. Mahnı yazanda nə günlərə düşürəm. Oturub ağlayıram ki, Allah yetirdi. O qədər musiqim var ki, görməmisiniz" deyə, ifaçı bildirib. 

Proqramda yer alan Ü.Namazova E.Seyidcahanın şeirlərini ələ salmağa başlayıb. O, "Tikim sizin ağzınızı" şerinə lağ edərkən "Sən ora hələ çatmamısan, çatarsan, bəyənərsən. Sən "t"nı başqa cür görürsən, mən nə edim? Bədənin başdan ayağa tikilib" deyə, Seyidcahan ona cavab verib. 

E.Seyidcahan əsəbiləşərək efiri tərk edib. O, daha sonra efirə qayıdıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!