Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) apardığı nəzarət tədbirləri zamanı “SİRR-M” MMC-nin Viləşçay su anbarından ağır texnikalardan istifadə olunmaqla torpaq və qarışıq suxurun çıxarılması faktı aşkar edilib.
Yenisabah.az xəbər verir ki, MMC qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan su anbarının müəyyən hissəsi özbaşına tutulmaqla torpaq və qarışıq suxur qanunsuz olaraq çıxarıb. Bu, Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin tərkibini yaradır.
Bundan əlavə Masallı rayonunu içməli və suvarma suyu, Cəlilabad rayonu isə içməli su ilə təmin edən Viləşçay su anbarının daxilində faydalı qazıntıların götürülməsi zamanı təbii su mühitinə təhlükəli tullantıların axıdılması və ya atılması istisna olunmur ki, bu da suyun keyfiyyətinin pisləşməsinə və insanların həyat və sağlamlığına ciddi təhlükə yarada bilər. pizza
Aşkar edilmiş faktla bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilib.
Telegram kanalımız