Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizləndi

saytların hazırlanması

Evə çatdırılma

Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizləndi

Sosial

16 Dekabr 2019 13:04 964


Araz çayının İmişli rayonun Şahverdili, Göbəktala, Məmmədli, Rəsullu kəndləri və Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsi qadağan olunmuş sintetik torlardan və digər ov vasitələrindən təmizlənib.

"Yeni Sabah"ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional Ekologiya İdarəsinin rəisi Kənan Kərimli jurnalistlərə bildirib ki, 3 saylı Regional Ekologiya İdarəsinin və Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı sözügedən ərazidən qadağan olunmuş ov alətləri maddi sübut kimi götürülüb və müvafiq sənədləşmə işləri aparılıb.

Reydlər davam etdirilir. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!