Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizləndi

saytların hazırlanması

Evə çatdırılma

Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizləndi

Sosial

30 Yanvar 2020 14:18 925


Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Mingəçevir və Varvara su anbarları, Qarabağ və Şirvan suvarma kanalları ətrafında keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bunu jurnalistlərə 8 saylı Regional Ekologiya İdarəsinin rəisi Fazil Şükürov bildirib.

Onun sözlərinə görə, Regional Ekologiya İdarəsinin, Mingəçevir Su polisinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı sözügedən ərazilər qadağan olunmuş ov alətlərindən və sintetik torlardan təmizlənib. pizza hut

İdarə rəisi qeyd edib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətimizə qarşı düşmənçilikdir, balıq ehtiyatlarının kökünün kəsilməsi deməkdir: “Belə vandal vasitələrlə balıq ovlanmasının qarşısının alınması bu gün üçün vacib və aktualdır.

İctimaiyyət nümayəndələrindən xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə hüquq-mühafizə orqanlarına və bizə məlumat versinlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!