Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizləndi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizləndi - Fotolar

Sosial

14 Yanvar 2020 08:15 1306


Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Xəzər dənizinin Qaradağ rayonunun Səngəçal və Ələt qəsəbələri, Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində, Binəqədi rayonunun Zəli gölünün ətrafında keçirilib.

 "Yeni Sabah" xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya İdarəsinin rəisi Əlişah Rəcəbov bildirib.

O qeyd edib ki, ərazilər balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib: "Qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir. Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırırıq. pizza sifarişi

İctimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər."


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!