Su hövzələrində reyd keçirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Su hövzələrində reyd keçirildi - Foto

Sosial

30 Yanvar 2020 07:39 943


Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə keçirilən növbəti reyd zamanı Xəzər dənizinin Xaçmaz rayonu ətrafı və Qaraçay çayından Vəlvələçay çayınadək olan ərazi balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib. 

"Yeni Sabah" xəbər verir ki, bunu 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, qadağan olunan alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir və balıqların kökünün kəsilməsi deməkdir: "Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, su hövzələrinin ətrafında yaşayan sakinləri belə balıq ovlayan qohumlarını, qonşularını bu işlərdən çəkindirməyə çağırırıq. pizza

Hesab edirik ki, ictimaiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!