Su hövzələrindən 10 sintetik tor götürülüb - Nazirlik

saytların hazırlanması

Evə çatdırılma

Su hövzələrindən 10 sintetik tor götürülüb - Nazirlik

Sosial

09 Aprel 2023 11:01 650


“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə start verilən aksiya çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir və Mingəçevir su anbarlarından sintetik torların yığışdırılması həyata keçirilib. 

Yenisabah.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, aksiya zamanı sözügedən su hövzələrindən 685 metr uzunluğunda 10 ədəd sintetik tor götürülüb. 

Vətənəndaşlarımızı “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyasında daha fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarına və teleqram qrupuna dəqiq koordinatları göstərilməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırırıq”, - məlumatda deyilir.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!