Su içmək həmişə faydalı deyil - Bu xəstəliklərə səbəb olur

saytların hazırlanması

Evə çatdırılma

Su içmək həmişə faydalı deyil - Bu xəstəliklərə səbəb olur

Sağlamlıq

25 Avqust 2023 13:43 3144


Pəhrizin olmazsa olmazlarından olan suyun faydalarını saymaqla bitmir. Mütəxəssislər tez-tez kifayət qədər su içmək barədə insanlara xəbərdarlıq edir. Ancaq bəzi hallarda içməli su sağlamlığa zərər verə bilər. 

Yenisabah.az içməli suyun faydadan çox zərər verə biləcəyi halları təqdim edir. 

Məşqdən dərhal sonra içilən su  pizza mizza

Məşqdən dərhal sonra su içmək dalağın böyüməsinə, ürək bulanmasına və başgicəllənməyə səbəb ola bilər. Xüsusilə, məşqdən sonra tərlədiyiniz zaman natrium və kalium itirirsiniz. Bunların hər ikisi bədəniniz üçün çox vacibdir və itirdiyiniz bu mineralları əvəz etməlisiniz. Lakin bu mineralları normal su ilə əvəz etmək mümkün deyil, bunun üçün ən yaxşı əvəzedici mineral sudur. 

Çox yemək yedikdən sonra

Mütəxəssislər deyirlər ki, hər hansı saatda çoxlu yemək yemisinizsə, onun üzərindən su içmək son dərəcə zərərlidir. Çünki yeməkdən sonra su içmək şişkinlik, qaz, hətta mədə ağrısı və əzələ spazmana (Əzələ spazmı sinirlər tərəfindən əzələlərə birdən-birə həddindən artıq siqnalların ötürülməsi ilə ortaya çıxan haldır) səbəb ola bilər. Elə buna görə də yeməkdən sonra su içmək üçün ən azı yarım saat gözləmək lazımdır.

Yuxu arasında su içmək 

Yuxu arasında su içmək beyin funksiyalarına mənfi təsir göstərir. Yuxudan oyanan kimi ac qarına mədəyə göndərdiyiniz su həzm sisteminə zərər verir və yuxu arasında su içmək vərdiş halına gələrsə, zamanla mədə xəstəliklərinə səbəb ola bilər. 

Acı yedikdən sonra 

Acı yedikdən sonra su içmək acının təsirini artırır və daha çox yanğıya səbəb olur. Acı yeməkdən sonra su içmək reflüks xəstəliyi və qastritə səbəb ola bilər. Qastroezofageal Reflüks Xəstəliyi mədə mötəviyyatının qida borusuna geri qayıtması və onu zədələməsidir.

Gülxanım Əliyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!