Su-kanalizasiya sisteminin yenilənməsinə dair proqram hazırlanıb

saytların hazırlanması

Evə çatdırılma

Su-kanalizasiya sisteminin yenilənməsinə dair proqram hazırlanıb

Sosial

30 Sentyabr 2025 17:46 289


Bakıda və Abşeron yarımadasında su-kanalizasiya sisteminin yenilənməsi ilə bağlı xüsusi dövlət proqramı hazırlanıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov təmsil etdiyi qurumun İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirdiyi tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda proqram üzərində müzakirələr aparılır: "Proqram çərçivəsində layihələrin icrası üçün donorlarla danışıqlar aparılır, onların maliyyə dəstəyinin və beynəlxalq mütəxəssislərin cəlb olunması nəzərdə tutulur. pizza mizza

Bundan başqa, Bakı və Abşeron yarımadasında tullantı sularının idarə olunmasının yaxşılaşdırılması və infrastrukturun yenilənməsi istiqamətində 10 iri layihə həyata keçirilir. Bu layihələrə iri həcmli daşıyıcı kollektorların, həmçinin 3 yeni su təmizləyici qurğu kompleksinin tikintisi daxildir"

İ. Bayramov əlavə edib ki, magistral kollektorların 2027-ci ildə, su təmizləyici qurğu komplekslərinin isə 2027–2028-ci illərdə tamamlanması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!