Su ödənişində yeni tarif – “Qiymət dəyişəcək”

saytların hazırlanması

Evə çatdırılma

Su ödənişində yeni tarif – “Qiymət dəyişəcək”

Sosial

07 Oktyabr 2025 08:34 63771


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib ki, su tariflərinin differensiallaşması ilə bağlı təhlillər aparılır və bu mexanizm ölkəmizdə tətbiq edilə bilər. Bəs suyun differensial tarifi dedikdə nə nəzərdə tutulur? Bu tarif tətbiq ediləndə qiymətlər dəyişəcək?

İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, suyun differensial tarifi əslində əhali üçün tam yenilik deyil. Hazırda işıq və qazda olduğu kimi, burada da aşağı, orta və yüksək limitlər müəyyənləşdirilir.

Onun sözlərinə görə, tarif tətbiq ediləndə qiymətlər birmənalı şəkildə dəyişəcək: Dominos pizza

"Məsələn, hazırda suyun bir kubmetri 70 qəpik, kanalizasiyanın isə 30 qəpikdirsə, limitlər müəyyənləşəndən sonra bu rəqəmlər dəyişəcək. Amma aşağı limitin neçə kubmetr olacağı hələ məlum deyil. Bu məsələ Tarif Şurasının səlahiyyətindədir. Ola bilər ki, aşağı limit eyni qalsın, orta və yuxarı limitlər artsın. Hər halda qiymətlər arasında fərq yaranacaq. Burada mühüm məqamlardan biri limitin həcmi və onun aylıq, yoxsa illik tətbiq edilməsidir. Məsələn, qazda illik limit (1200 kubmetr) müəyyən edilib, işıqda isə aylıq (300 kilovat). Su üçün də bu məsələ vacibdir, çünki xüsusən yay aylarında suvarma və digər məqsədlərlə suya tələbat artır. Buna görə də limitin illik müəyyənləşdirilməsi daha məqsədəuyğundur".

X.Kərimlinin fikrincə, limitlərin tətbiqi müsbət prosesdir:

"Birincisi, tarif artımı hamıya eyni dərəcədə təsir etmir, aşağı limitdə artım daha az olur.

İkincisi, bu, insanları qənaətə sövq edir. Eyni zamanda daha çox su istifadə edən, yəni imkanlı şəxslər daha çox ödəyir. Məsələn, həyəti böyük olan, hovuzu olan və ya daha çox qurğu işlədən ailələr daha çox su sərf edir. Bu da sosial ədalət prinsipinə uyğundur. Limit siyasəti, yəni differensial tariflər, ümumilikdə proqressiv yanaşmadır. Bəzən insanlar limit keçməmək üçün narahat olur, amma bu, eyni zamanda qənaətə meyilliliyi artırır. Bəzi insanlar düşünür ki, limitlər ləğv olunsa, qiymət aşağı olacaq. Amma əslində elə deyil, limit ləğv ediləndə adətən orta qiymət tətbiq olunur, yəni aşağı deyil".

Ekspert qeyd edib ki, differensial tariflər tətbiq ediləndən sonra qiymətlərin hazırkı 70 qəpikdən aşağı olacağı gözlənilmir:

"Əksinə, bu hədd minimal səviyyə kimi qala bilər, hətta artması da mümkündür. Tariflərlə bağlı qərarlar müvafiq qurumların səlahiyyətindədir, amma bu sahədə şəffaflıq və hesabatlılıq hələ də zəifdir. Ümumən baxanda, cəmiyyətdə bu məsələyə münasibət fərqli olsa da, mən differensiallaşmanı müsbət qiymətləndirirəm. Çünki daha çox su istifadə edən imkanlı şəxslərin daha baha ödəməsi sosial baxımdan ədalətlidir və qənaəti təşviq edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nur
    Ay bala yatmayinda siz yatirsiz yuxu goren kimi bir qerar deyisirsiz.kasib da varli da istifade etdiyi suyun pulun odeyir de.Qonsudan qalma geri deyib milleti niye talan edirsiz.hele 1 mandan odeye bildikki qaldi limit.bundan sonra cimmeyin millet Xezerde bele fikirden qurudu
    7 months ago
  • Abdulqadir
    İaşə obyektlərində natəmizlik baş alıb gedəcək, bu xəstəliklərin yaranmasına səbəb olacaq .
    7 months ago
  • Turkan
    Onsuz neyin qiyməti düşür ki ..Hamsi süni qiymətlərdir .Gençler ya bu ölkəni tərk edir yada yada məcburi yaşayırlar.Gormemisik hele bir xeyrin olduğunu.Qisda sular daşır çaylarda rayonları yuyub aparır yayda susuzluqdan eziyet cekirik
    7 months ago
  • Meryem
    Yer Allahın, göy Allahın. Bexş edilen nemətlərə limit nə demek? Tarif şurası özüne limit qoysun
    7 months ago
  • Elxan
    Salam aleykum.Qiymətləri aşağı etməkdən daha da qaldırmaqla məşğulsunuz.Azacıq özünü bu kasıb təbəqənin əvəzinə qoyun,sonra qərar qəbul edin.
    7 months ago
  • Aysu
    Qaldirin her seyin qiymetini bir azda qaldirsaz Azerbaycanda adam qalmiyacaq hami xarici olkelere gedecek sebr edin oz olkemizde her seyimiz bol ola ola her seye mohtac qalmisiq
    7 months ago
  • Laçın
    Sizin kasıbdan xəbəriniz yoxdur ay müftə yeyənlər bizi artıq canımıza yığdız hər şeyi bahalaşdlrırsız yaxşı deyirsiz suya limit onda aşağı limit 70 yox 40 qoyun ən azından yol pulu qalxdı siz də qaldırın qırın camaatın belini
    7 months ago
  • Zülfiyyə
    Bes su xetti olmayan erazilerde sakinler ne edecek? Mashinla su aliram.Su xetti cekilenden sonra limit teyin etmek olar.
    7 months ago
  • Яшар алиев
    Xalq bogulur siz isə qiymət qaldırırsız Kimin cibinə axır bu qədər pul
    7 months ago
  • Şəmsəddin
    Vəzifədə oturan məmurlar heç olmasa bu yazılan şərhlərə baxıb utansınlar. Düz deyirlər, küçələrdə su axır, fikir verən olmur. Elə adi vətəndaşı yükləyirlər.
    7 months ago
  • Emil
    Bizim.qondularin coxunin saygaci yoxdu.Adam basina serfiyyata gore odeyirler.Hacan heyetlerine gedirsen su axir gedir.Kuceye bele dolur su.Varlarida var,imkanli sexslerdiler.Onlar bes nece olacag?Olan bizlere olacag yenede
    7 months ago
  • Elşın
    İşıq, ümumi ola bilər(1 işıq yanır 5 nəfər faydalanlr) , qaz ümumi ola bilər(yemək bişirilir hamı yeyir) amma suya necə (bir nəfərin içdiyi, hamamlandıgı suyu o biriləri istifadə edə bilmir) limit qoyulacaq? 1.evdə 1 nəfər də yaşaya bilər 5 nəfərdə. Bunun lumiti necə olacaq?
    7 months ago
  • Adil
    Qorxuram, suyun qiyməti qalxsa, ölkəmizdə natəmizlik dən xəstəliklər baş alıb getsin. Məsələn: Restoranlar qabları təkrar yumadan VAZ kecsin. Onda, Xəsəlik yayılanda, nə varlı nə də kasıb tanisin. Azərbaycanda cimənlərin sayı az olsa, qorxuram yayda epidemiya olsun.
    7 months ago
  • Vüqar
    Zəli kimi bu xalqın qanını içməklə.məşğuldurlar bu məmurlar.Yığılmışıq boğaza artıq.Milyardlar talanır,bunlar hər şeyi xalqın belinə yükləməklə məşğuldurlar.
    7 months ago
  • A Qasımov
    Bakı şəhərində və ətraf rayonlarda boşa axan suların və qəzaların qarşısı alınsa su problemi həll olunar 2 qəza yeri ilə bağlı 10 dəfələrlə müraciət etmişik boş yerə nəticə yoxdu su aylardi axıb gedir
    7 months ago