Su polisindən balıq ovlamaq istəyənlərə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Su polisindən balıq ovlamaq istəyənlərə XƏBƏRDARLIQ

Maraqlı

06 Sentyabr 2022 20:12 971


“Xəzər dənizinin balıq ehtiyatı azalır. İndiki dövrdə təbii su hövzələrində balıq ehtiyatlarının qorunması vacibdir”.

Yenisabah.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatları mühafizə bölməsinin rəisi Aydın Şəkərəliyev bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin səkkiz ayı ərzində qanunsuz balıq ovu ilə bağlı 68 fakt müəyyən edilib: Dominos pizza

“Bu müddət ərzində Xəzər dənizi akvatoriyasından qanunsuz ovlama ilə bağlı 9 500 kiloqram balıq dövriyyədən çıxarılıb. Eyni zamanda, 21 qayıq tərəfimizdən müsadirə edilib və aidiyyəti üzrə təhvil verilib. Aşkar edilmiş faktlar üzrə təbiətə dəyən ziyan ödənilib”.

A.Şəkərəliyev balıq ovu ilə bağlı əhaliyə müraciət edib:

“Sənaye balıq ovu ilə məşğul olan şəxslər qaydalara əməl etməlidirlər. Kimyəvi, partlayıcı və elektrik cərəyanından istifadə etməklə balıq ovlamaq düzgün deyil. Əhali balıq ovlayan zaman kimyəvi elementlərdən, elektrik cərəyanından istifadə edərkən balıqların kütləvi şəkildə məhv olmasına səbəb olur”./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!