Su sexində partlayış: İşçi faciəli şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

Su sexində partlayış: İşçi faciəli şəkildə öldü

Hadisə

24 İyun 2021 15:23 846


Qaxda mineral su sexində partlayış olub. Hadisə nəticəsində sexin işçisi faciəli şəkildə ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Süskənd kənd inzibati ərazisində yerləşən "Qax Mineral Su - İlham” firmasında baş verib.

Mineral su sexlərindən birinin sahəsində yerləşdirilən yüksək təzyiqlə sıxılmış oksigen balonu partlayıb. Balonun partlaması zamanı yaranan zərbənin gücündən firmanın ərazidə olan əməkdaşı, Qax şəhər sakini, 54 yaşlı Aydın Əşrəf oğlu Şabanov ağır xəsarətlər nəticəsində ölüb. Pepperoni pizza

Hadisə ilə bağlı Qax rayon İcra Hakimiyyətindən "bakupost"a bildirilib ki, bu barədə heç bir məlumatları yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!