İstanbulun Şişli rayonunda qeyri-adi hadisə baş verib.
Yenisabah.az xəbər verir ki, iddialara görə, bir nəfər sərinləmək məqsədilə yaxınlıqdakı bağbandan su şlanqı vasitəsilə üzərinə su çiləməsini istəyib. Lakin bağban bu xahişi yerinə yetirməkdən imtina edib.
Bu zaman tərəflər arasında mübahisə düşüb və nəticədə, su istəyən şəxs bağbanı yumruqlayaraq döyüb. Pepperoni pizza
Hadisə ətrafdakı vətəndaşlar tərəfindən mobil telefonla qeydə alınıb. Kadrlar sosial şəbəkələrdə geniş yayılıb və ciddi müzakirələrə səbəb olub.
Aydan Hacı
Telegram kanalımız