Şüarlarla ölkəni idarə etmək mümkün deyil - Vaezi

saytların hazırlanması

Evə çatdırılma

Şüarlarla ölkəni idarə etmək mümkün deyil - Vaezi

Dünya

27 İyul 2025 15:53 425


İranda siyasi əxlaqsızlıq doqquzuncu və onuncu administarsiyalar dövründə başlayıb və indi də davam edir.

Yenisabah.az jamaran-a istinadla xəbər verir ki, bunu İranın sabiq XİN rəhbəri Mahmud Vaezi deyib.

Bu sözlərlə o, ad çəkmədən eks-prezident Mahmud Əhmədinejadı hədəfə alıb: pizza sifarişi

"Təəssüf ki, İranda siyasi əxlaqsızlıq doqquzuncu və onuncu hakimiyyətdən başlayıb və davam edir. Həmin dövrdən etibarən, bir növ, sərt, ədalətsiz və istisna düşüncə formalaşıb, bəzi fərdlər və azlıqdakı qrupları rəqiblərinin güclü tərəflərini araşdırmaq, öyrənmək və İranın inkişafına kömək əvəzinə, onları əxlaqsızcasına damğalayırlar.

Konstruktiv tənqid nöqsanlara, müşküllərə işıq salan və ölkənin tərəqqisi üçün vacib olan bir lütfdür. Lakin müşahidə edilən dağıdıcılıq, yarlıq vurma və ədəbsizlik İslam Respublikası və onun tıçsilçilərinə yaraşmır".

Vaezi hazırkı administrasiya rəhbəri olan Məsud Pezeşkianı da eyni üsulla tənqid edib:

"Bəyanat oxumaqla, öyünməklə, şüarlarla ölkəni idarə etmək mümkün deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!