Südü artıran dərman var? - Analara vacib məsləhət 

saytların hazırlanması

Evə çatdırılma

Südü artıran dərman var? - Analara vacib məsləhət 

Sağlamlıq

19 May 2023 12:37 8590


Sağlam yuxu rejimi laktasiya dövrü üçün son dərəcə vacib amildir, çünki məhz yuxu zamanı qadınlarda ana südü istehsalına cavabdeh olan prolaktin hormonunun səviyyəsi artır. 

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, südverən analara həmçinin çoxlu maye qəbulu (hər gün ən azı 10-12 stəkan su) lazımdır: Pepperoni pizza

"Bundan başqa, ananın sağlam qidalanması (protein, karbohidrat, vitaminlərlə zəngin olan meyvə və tərəvəzlər) çox önəmlidir. Həmçinin, şüyüd suyu, qara çörəkotu, cirə, arpa, ispanaq, çuğundur yarpağı, sarımsaq, kətan toxumu və yulafın südü artırdığı elmi cəhətdən təsdiq olunub. Südü artıran dərman yoxdur, lakin bəzi dərmanlar əlavə təsiri kimi süd əmələ gətirən hormonları artıra bilir. Bu dərmanları istifadə etmədən öncə mütləq həkimlə məsləhətəşmək lazımdır, çünki özbaşına istifadə həm onların, həm də körpələrinin səhhəti üçün təhlükəli ola bilər". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!