Salyanda narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, “BMW” markalı avtomobilin sürücüsü Aqil Sadıqovun narkotik vasitə qəbul etməsinə dair şübhələr tibbi müayinədə təsdiqlənib. Onun psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib. pizza hut
Telegram kanalımız