Sükan arxasında siqaret çəkən sürücülər cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Sükan arxasında siqaret çəkən sürücülər cəzalandırıldı

Sosial

29 Dekabr 2019 16:00 1152


“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir.

Bakı Nəqliyyat Agentliyindən "Yeni Sabah"a verilən məlumata görə, layihənin icra edildiyi 4-cü rübün sonunda avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 127 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 36 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb.

Qeyd edək ki, 2019-cu ilin yekunlarına əsasən 235 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!