Sülh danışıqları təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Sülh danışıqları təxirə salındı

Dünya

07 Yanvar 2025 09:44 394


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə və Avropanın digər paytaxtlarına planlaşdırılan səfərini yanvarın 20-də Trampın andiçmə mərasimindən sonraya təxirə salıb.

Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, bunu dörd məlumatlı mənbə bildirib.

Müharibənin dayandırılması səyləri çərçivəsində istefada olan general-leytenant yanvarın əvvəlində Kiyevə getməyi və Ukrayna liderləri ilə görüşməyi planlaşdırırdı. Lakin Kelloq Moskvaya getməyi nəzərdə tutmurdu. pizza hut

Səfərin təxirə salınmasına qərar verilməsinin səbəbləri məlum deyil. Nə Kelloq, nə də Ukraynanın Vaşinqtondakı səfirliyi iddiaya şərh verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!