Sülh ərəfəsində olan Azərbaycana İRANDAN KOBUD RƏFTAR -   Sürücülərimizə görün nə edirlər…

saytların hazırlanması

Evə çatdırılma

Sülh ərəfəsində olan Azərbaycana İRANDAN KOBUD RƏFTAR - Sürücülərimizə görün nə edirlər…

Dünya

14 Avqust 2025 11:51 697


İran Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannamədən sonra Naxçıvandan Bakıya yük daşıyan sürücülərə qarşı nəzarət və təzyiqləri artırıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb.

Məlumata görə, Naxçıvandan çıxan sürücülər günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində saxlanıldıqdan sonra Azərbaycana buraxılır. Marqarita pizza

“Burada nə yemək, nə də su var. Nəsə almaq üçün kilometrlərlə yolu piyada getməli oluruq. Tualet də yoxdur. Bizimlə heyvan kimi davranırlar”, – deyə sürücülərdən biri bildirib. Onların sözlərinə görə, İran rəsmiləri açıq şəkildə, “xoşunuza gəlmirsə, gedin Tramp marşrutundan istifadə edin” deyirlər.

Xatırladaq ki, avqustun 8-də imzalanan bəyannamə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında ABŞ nəzarətində “Tramp marşrutu”nun yaradılmasını nəzərdə tutur. Tehran bu təşəbbüsə sərt etirazını bildirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!