“Sülh müqaviləsinin ayrıca Vaşinqton, Moskva variantı yoxdur“ - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

“Sülh müqaviləsinin ayrıca Vaşinqton, Moskva variantı yoxdur“ - Rəsmi

Rəsmi

17 Noyabr 2022 15:16 962


"Azərbaycan-Ermənistan danışıqları kontekstində sənədlərin ayrıca Rusiya və ya ABŞ variantları yoxdur".

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistana təklif olunan çərçivə sənədində iki ölkə arasında münasibətlərin qurulmasının ümumi prinsipləri əksini tapıb. Toyuqlu pizza

Nazir müavini vurğulayıb ki, hazırda danışıqlar İrəvan və Bakının təklifləri əsasında aparılır.

P.Ovannisyan qeyd edib ki, ümumi prinsiplərə 1991-ci ilin Almatı Bəyannaməsinə uyğun olaraq, ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxildir.

Diplomatın sözlərinə görə, oktyabrın əvvəlində Praqada bu istiqamətdə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub.

Danışıqların predmetindən danışan xarici işlər nazirinin müavini qeyd edib ki, Rusiya, Fransa, Avropa İttifaqı və ya ABŞ variantları yoxdur, yalnız Ermənistan və Azərbaycan variantları var: "Danışıqlar iki ölkənin yanaşmaları ətrafında reallaşır. Hazırda danışıqlar prosesi müxtəlif istiqamətlərdə gedir: sülh müqaviləsi, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması və s".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!