Gürcüstan sülh prosesinin sürətini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını alqışlayır.
"Yeni Sabah" Gürcüstanın "Birinci Kanal"ına istinadla xəbər verir ki, bunu xarici işlər naziri Maka Bocorişvili bildirib.
O, ABŞ-nin Cənubi Qafqazda baş verən hadisələrdə iştirakına toxunub: Marqarita pizza
"Görürük ki, bizim regionda ABŞ Ermənistan və Azərbaycan arasında münaqişənin həlli prosesində fəal iştirak edir. Hazırda iki ölkə arasında müşahidə olunan və münasibətlərin normallaşmasına yönəlmiş sürəti alqışlayırıq".
Gürcüstanın xarici işlər naziri qeyd edib. Cənubi Qafqazın sülh və sabitliyə ehtiyacı olduğunu vurğulayıb:
"Orta Dəhlizdə rolumuz daha da əhəmiyyətli olarsa, bu, hamıya, xüsusən də ölkəmizə fayda verəcək. Biz bu prosesləri izləyirik və nəinki onları izləyirik, həm də iştirak edirik".
Telegram kanalımız