“Sülh Sammiti”nə kimlər qatılacaq?

saytların hazırlanması

Evə çatdırılma

“Sülh Sammiti”nə kimlər qatılacaq?

Dünya

12 Oktyabr 2025 13:54 486


Xəbər verdiyimiz kimi, Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəs məsələsinə həsr olunmuş zirvə toplantısı keçiriləcək.

Modern.az “The Guardian”a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Misir prezidenti Əbdül Fəth əs-Sisi bir sıra dünya liderlərinin qatıldığı “Sülh Sammiti”nə sədrlik edəcəklər.

BMT-nin baş katibi Antonio Quterreş, Britaniyanın baş naziri Keir Starmer, İtaliya baş naziri Corcia Meloni, İspaniya baş naziri Pedro Sançes, Fransa prezidenti Emmanuel Makron da sammitə qatılacaq.  pizza hut

İsrail baş naziri Benyamin Netanyahunun Şarm əl-Şeyxdə olub-olmayacağı ilə bağlı heç bir məlumat verilmir. HƏMAS iştirak etməyəcəyini bildirib.

Sammitin məqsədi Qəzza zolağında müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq üçün səyləri artırmaq və regional təhlükəsizlik və sabitliyin yeni dövrünü açmaq olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!