Sülh sazişinin mətni nə vaxt dərc ediləcək? - Qriqoryan

saytların hazırlanması

Evə çatdırılma

Sülh sazişinin mətni nə vaxt dərc ediləcək? - Qriqoryan

Siyasət

20 Mart 2025 21:57 369


Bakı ilə sülh müqaviləsinin imzalanma yeri və vaxtı hələ müzakirə olunmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərin Ermənistan hakimiyyətinin niyə sənədin mətnini dərc etməməsi ilə bağlı sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, ictimai müzakirələr zamanı cəmiyyət artıq müqavilənin məzmunu ilə bağlı ətraflı məlumat alıb: Toyuqlu pizza

“Mən başa düşürəm ki, sazişə ictimai maraq var. Lakin hələlik vaxt və məkanla (imzalanma üçün - red.) bağlı razılığın olmadığını nəzərə alsaq, işimizi davam etdiririk. Bu baş verəndə mətn ictimaiyyətə açıqlanacaq”.

O bildirib ki, bu, vəziyyətə diplomatik yanaşmadır.

Qriqoryan qeyd edib ki, Ermənistan imzalanma üçün konkret yerlər təklif etməyib. Bununla belə, onun fikrincə, hansısa “balanslaşdırılmış” variantı seçmək məntiqli olardı.

Xatırladaq ki, 13 martda Azərbaycan XİN başçısı Ceyhun Bayramov Ermənistanın sülh sazişindəki iki bəndlə bağlı Azərbaycanın təklifini qəbul etdiyini və saziş mətninin artıq razılaşdırıldığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!