“Sülh sənədi bizim üçün ən arzulanan variant deyil, ancaq...” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Sülh sənədi bizim üçün ən arzulanan variant deyil, ancaq...” - Paşinyan

Siyasət

13 Mart 2025 22:57 341


Düşünürəm ki, bu məsələ öz həllini tapıb. İndi təfərrüata varmaq istəmirəm.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün, martın 13-də Mülki Müqavilə Partiyasının ofisində jurnalistlərlə söhbətində beynəlxalq məhkəmə proseslərinin qarşılıqlı olaraq geri götürülməsi və bu məsələlərin yeni eskalasiya üçün səbəbə çevrilməməsi barədə əvvəlki bəyanatını şərh edərkən deyib.

O, eskalasiya üçün heç bir səbəbin olmayacağına dair zəmanət alıb-almadığını soruşduqda belə cavab verib: pizza mizza

“Zəmanət çox aydın söz kimi görünür, lakin bir çox hallarda anlaşılmazdır. Deyirəm ki, əslində bu mətnlər statik olaraq dəyişməz qalmayıb, müəyyən təkamül keçiriblər və mətnlərin keçdiyi bu təkamül bizim üçün ən arzuolunan variant deyil, lakin biz bu təkamülü özümüz üçün məqbul kimi qiymətləndirmişik”./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!