Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil. Bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib. Prezident vurğulayıb ki, iki ölkənin hərbi potensialını, demoqrafik potensialını, iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir. Digər tərəfdən İyunun 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində Azərbaycanın və Ermənistanın bir-birinin konstitusiyalarında uzunmüddətli sülhün bərqərar olması üçün maneələr görürdüyünü deyib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Elçin Mirzəbəyli bildirib ki, Ermənistan tərəfinin iddiasında heç bir əsas yoxdur:
“Əvvəla Ermənistan tərəfinin açıqlamalarının heç bir əsası yoxdur. Doğrudur, hər iki ölkənin konstitusiyasında müstəqillik aktına və müstəqillik bəyannaməsinə istinad olunur. Amma Azərbaycanla Ermənistan arasındakı bu sənədlər arasında fərq yetərincə böyükdür. Azərbaycanın müstəqillik haqqında konstitusiya aktında hər hansı bir dövlətə, o cümlədən Ermənistana ərazi iddiaları yer almayıb. Digər tərəfdən ölkə konstitusiyasında bu və digər ölkənin ərazisinə iddialarla bağlı hər hansı bir formada məqam yoxdur. Amma Ermənistanın müstəqillik bəyannaməsində açıq-aşkar Azərbaycan torpaqlarının anneksiyası nəzərdə tutulur. Yəni orada açıq bir istinad var. Bu bəyannamə ilə tanış olan istənilən şəxs bunu açıq-aydın görə bilər. Bu aspektdən düşünürəm ki, Ermənistan tərəfinin iddialarının hər hansı bir formada əsası yoxdur”. Dominos pizza
Politoloq Ermənistanın müstəqillik bəyannaməsində və konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı açıq-aşkar ərazi iddialarının yer aldığını diqqətə çatdırıb:
“Ermənistanın müstəqillik bəyannaməsinin preambula hissəsində Ermənistan Ali sovetinin və Dağlıq Qarabağın qondarma Milli şurasının “Dağlıq Qarabağın Ermənistan SSR-yə birləşdirilməsi” haqqında birgə qərarına istinad olunur. Yəni açıq şəkildə qeyd olunur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi Ermənistana birləşdirilməlidir. Daha sonra Ermənistan konstitusiyasında isə müstəqillik bəyannaməsinə istinad olunaraq, qeyd olunur ki, müstəqillik bəyannaməsində qeyd olunan vəzifələr erməni xalqı və dövləti tərəfindən həyata keçirilməlidir. Bu açıq-aşkar beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Ermənistan birinci növbədə bunu aradan qaldırmalıdır. Bəyannamənin ikinci hissəsində qeyd olunur ki, qondarma soyqırım əsas gətirilərək, “Qərbi Ermənistan” adlandırılan Türkiyənin həmsərhəd əraziləri Ermənistana qaytarılmalıdır. Bu da Türkiyəyə ərazi iddialarının irəli sürülməsidir. İndiki şəraitdə Ermənistanın atacağı ilk addım müstəqillik bəyannaməsinə müvafiq və əlavə dəyişikliklərin edilməsidir. Bu konstitusiya aktı olmadığı üçün 50+1 səs çoxluğu ilə qəbul oluna bilər ki, Paşinyanın da partiyasının bunun üçün bütün imkanları var. Ermənistan bu istiqamətdə hər hansı bir formada addım atmadığı təqdirdə Azərbaycana qarşı iddialar irəli sürməsi kökündən əsassızdır”.
Nazim Hacıyev
Telegram kanalımız