“Laçın dəhlizindən avtomobillərin maneəsiz keçidinin bərpası və dəhlizdən məqsədyönlü istifadə faktının təsdiqi məsələsi bu gün Azərbaycan Respublikası, Qarabağ nümayəndələri və Rusiya sülhməramlı qüvvələrinin komandanının üçtərəfli görüşündə müzakirə olunub”.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Rusiya sülhməramlı qoşunlarının komandanlığından məlumat verilib.
Bildirilir ki, tərəflər Qarabağın elektrik enerjisi və qazla fasiləsiz təchizatı məsələlərini də müzakirə ediblər. Toyuqlu pizza
Bundan əlavə, görüş çərçivəsində Azərbaycan nümayəndələri tərəfindən 2 şaxtada ətraf mühitin monitorinqinin aparılması imkanları müzakirə olunub (söhbət Drmbon (Qızılbulaq) və Kaşendən (Dəmirli) gedir - red.).
Tərəflər gələcək əməkdaşlıq, gərginliyin azaldılması, regionda dinc həyatın bərqərar olması və Qarabağ probleminin həlli yollarının axtarılması barədə razılıqlar əldə edib.
Xatırladaq ki, bu gün Rusiya sülhməramlı qoşunlarının komandanlığının bilavasitə iştirakı ilə Qarabağın erməni icması və Azərbaycan nümayəndələrinin görüşü keçirilib.
Telegram kanalımız